25
Çexiyada 170 meteoroloji stansiyadan 39-u avqustun 16-da temperatur rekordu qeydə alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çexiyanın Hidrometeorologiya İnstitutuna istinadən ČTK informasiya agentliyi məlumat yayıb.
Ən yüksək temperatur ölkənin şərqində – Moraviya və Sileziyada müşahidə olunub. Qodonin şəhəri ərazisində termometrlər 37,6 dərəcə göstərib.
Meteoroloqların məlumatına görə, builki yay Çexiyada hava müşahidələrinin aparıldığı bütün dövr ərzində ən isti yaylardan biri olacaq.
Bununla yanaşı, hakimiyyət ölkə ərazisinin 88 faizini əhatə edən quraqlığın güclənməsindən ciddi narahatdır. Hökumət quraqlıqla mübarizə üçün yaxın vaxtlarda 4 milyard kron (təxminən 190 milyon dollar) vəsait ayıracaq.
