65
Yəmən ordusunun hava hücumundan müdafiə (HHM) qüvvələri husilərin Marib şəhəri istiqamətində buraxdığı pilotsuz uçuş aparatını (PUA) vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Aden al-Ghad portalı hərbi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, PUA “Ənsar Allah” hərəkatına bağlı husilər tərəfindən buraxılmışdı.
Al-Mashhad al-Yemeni portalının məlumatına əsasən, husilər avqustun 7-də səhər saatlarında Marib şəhərinə ballistik raketlər və PUA-larla da zərbələr endiriblər.
Bundan əvvəl hökumət qüvvələrinin birgə əməliyyat komandanlığı husilərin Marib və Hadramaut vilayətlərində ordu mövqelərinə hücumları nəticəsində 17 hərbçinin həlak olduğunu, bir neçə nəfərin isə yaralandığını açıqlamışdı.
