60
Tailandın Nonthaburi vilayətində yerləşən məktəbdə baş verən silahlı insident nəticəsində 5 nəfər həlak olub, 23 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters agentliyi yerli polisə istinadən məlumat yayıb.
Əvvəlcə hadisə nəticəsində 6 nəfərin öldüyü və 15 nəfərin yaralandığı bildirilmişdi. Lakin hüquq-mühafizə orqanları sonradan məlumatı dəqiqləşdirərək ölənlərin sayının 5, yaralananların sayının isə 23 olduğunu açıqlayıb.
Məlumata görə, atəşi açan şəxs hadisədən sonra intihar edib.
Qeyd edək ki, hadisə cümə günü Nonthaburi vilayətində yerləşən məktəbdə baş verib. Məktəbdə 3 mindən çox şagird təhsil alır, 147 müəllim çalışır.
