Rusiyanın Krasnoyarsk vilayətinin Yenisey bələdiyyə dairəsində sentyabr ayı ərzində 73 ayı məhv edilib.
Ucnoqta.az xəbər verir ki, buna səbəb bölgədə ayıların insan məskənlərinə yaxınlaşması və hücum hallarının artmasıdır. Son olaraq meşə təsərrüfatında çalışan və yük maşınlarının dayanacağında gözətçi işləyən kişi ayının hücumu nəticəsində ölüb.
Dairə administrasiyasının məlumatına görə, sentyabr ərzində 73 ayı məhv edilsə də, sakinlər tərəfindən vəhşi heyvanların insanların yaşadığı ərazilərə çıxması ilə bağlı müraciətlər hər gün qeydə alınır.
Bildirilib ki, bölgədə ayıların insanlara hücumu təhlükəsi hələ də qalmaqdadır.
Qeyd edək ki, son vaxtlar Sibirin müxtəlif ərazilərində ayıların insanlara hücumları ilə bağlı bir sıra hallar qeydə alınıb. Son bir ay ərzində Sibir Federal Dairəsində bir neçə nəfər bu cür hücumların qurbanı olub. Onlardan beşinin Krasnoyarsk vilayətində ayı hücumu nəticəsində öldüyü bildirilir.
