11
Şimali Afrikada yerləşən Melilla muxtar şəhərinə 300-400 miqrant daxil ola bilib.
Ucnoqta.az bildirir ki, bu barədə “El País” qəzeti məlumat verib.
Qəzetin məlumatına görə, qanunsuz immiqrantlar şəhərə Mərakeşdən gəliblər. Hakimiyyət orqanları əvvəllər Melilla ilə Şimali Afrika krallığı arasındakı sərhəd keçidinin bağlanmasını əmr etmişdi.
Yerli medianın məlumatına görə, minlərlə miqrant Afrikanın şimal sahilində yerləşən Seuta muxtar şəhərinə daxil ola bilib. Gələnlərin dəqiq sayı hələ müəyyən edilməyib. Bundan əlavə, Seutaya çatmağa çalışarkən ən azı 19 nəfər ölüb.
