10
AQTA Zaqatalada kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb.
Ucnoqta.az xəbər verir ki, rayon ərazisində yerləşən “Real” kafesində dönər məhsulundan zəhərlənmə şübhəsi ilə bağlı məlumatlar yoxlanılır.
Araşdırmalar çərçivəsində toyuq dönərindən, eləcə də istehlaka təqdim olunan digər qidalardan nümunələr götürülüb. Bununla yanaşı, “Real” kafesində plandankənar yoxlama aparılıb. Obyektin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Araşdırmaların və laborator müayinələrin yekun nəticələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə müvafiq tədbirlər görüləcək.
Xatırladaq ki, “Real” kafesində hazırlanmış dönərdən 14 nəfər zəhərlənib.
