Cümə, Oktyabr 23 2026 - Bakı, Azərbaycan
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRSİYASƏTİmtahan nəticələri
SİYASƏT

İmtahan nəticələri

tərəfindən redaktor 18.05.2026 / 16:32
18.05.2026 / 16:32
A+A-
Sıfırla
46

Tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün mayın 3-də keçirilən Azərbaycan dili (dövlət dili) fənni üzrə test imtahanının nəticələri elan olunub.

Bu barədə Ucnoqta.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahan nəticələrini öyrənmə qaydası

İmtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib. Cari ilin məzunları 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), əvvəlki illərin məzunları isə şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

İmtahanda iştirak statistikası

İmtahanda iştirakı nəzərdə tutulan 29182 nəfərdən 477 nəfər imtahana gəlməyib.

Cari il məzunları üçün qiymətləndirmə

Cari ildə məzun olan iştirakçıların toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Əvvəlki illərin məzunları üçün tələblər

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İkinci Azərbaycan dili imtahanının qeydiyyat tarixi

Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 21 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər. İkinci imtahana qeydiyyat 25 may – 2 iyun tarixlərində aparılacaq.

Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanından (3 may və ya 21 iyun) məqbul qiymət alan abituriyentlər iştirak edə bilərlər.

Apellyasiya komissiyasına müraciət qaydaları

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 19 may saat 10:00-dan 21 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Paylaş 0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Azərbaycanda internetin sürəti artıb
Sonrakı yazı
İran tələblərindən geri çəkilməyəcək –

Digər yazılar

Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

23.10.2026 / 11:29

Şimali Makedoniyanın Prezidenti İlham Əliyevə zəng edib

21.10.2026 / 13:54

“Sülh hələ də kövrəkdir” – İlham Əliyev

19.10.2026 / 21:30

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım

18.10.2026 / 12:46

Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı paylaşım edilib

16.10.2026 / 20:46

İlham Əliyev Hakan Fidanı qəbul edib

15.10.2026 / 16:19

Azərbaycanla Qazaxıstan arasında sənədlər mübadiləsi oldu

15.10.2026 / 15:59

Azərbaycanın 2028-ci ilə qədər AQEM-ə sədrliyini dəstəkləyirik – Japarov

15.10.2026 / 13:50

Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır –...

15.10.2026 / 12:27

XƏBƏR LENTİ

  • Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

    23.10.2026 / 11:29
  • Şahdağa qar yağıb – Faktiki hava

    23.10.2026 / 11:09
  • Arsen Venger Bakıya gəldi

    23.10.2026 / 10:58
  • 67 şəhər və rayon özünü maliyyələşdirəcək

    23.10.2026 / 10:56
  • Fransada etirazlara görə polis kursantları səfərbər edilir

    23.10.2026 / 10:52
  • Rusiya 443 PUA-nı məhv etdiyini açıqladı

    23.10.2026 / 10:46
  • BDYPİ-dən piyadalara azyaşlılarla bağlı çağırış

    23.10.2026 / 10:44
  • 58 cinayət baş verib – 123 nəfər saxlanılıb

    23.10.2026 / 10:32
  • Bələdiyyə sədri icra başçısına müavini təyin edildi

    23.10.2026 / 10:22
  • Fransada minlərlə ev elektrik enerjisiz qaldı

    23.10.2026 / 10:10
  • Yaponiyada ABŞ hərbçilərinə yeni qadağalar tətbiq edildi

    23.10.2026 / 10:06
  • Yarım milyon manat mənimsəmədə təqsirli bilinən direktor HƏBS OLUNDU

    23.10.2026 / 10:02
  • Ukraynaya məxsus yük təyyarəsi Yaponiyada yanıb

    23.10.2026 / 10:00
  • Salyanda kişini elektrik cərayanı vuraraq öldürüb

    23.10.2026 / 09:54
  • Üç bürcü yeni həftədə zənginlik və uğur gözləyir

    23.10.2026 / 09:01
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə

Həmçinin oxuyunx

Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

23.10.2026 / 11:29

Şimali Makedoniyanın Prezidenti İlham Əliyevə zəng edib

21.10.2026 / 13:54

“Sülh hələ də kövrəkdir” – İlham Əliyev

19.10.2026 / 21:30

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım

18.10.2026 / 12:46

Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı paylaşım edilib

16.10.2026 / 20:46