Çərşənbə, Avqust 5 2026 - Bakı, Azərbaycan
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRCƏMİYYƏTBu ixtisasların balları

Bu ixtisasların balları

tərəfindən redaktor 25.07.2025 / 18:16
25.07.2025 / 18:16
1

Azərbaycanda qəbul imtahanları yekunlaşıb. Ötən gün sonuncu imtahanın nəticələri açıqlanıb. 

Ümumi nəticələrə görə, il ərzində cəmi 2 nəfər 700 bal toplayıb. Onlar hər ikisi IV qrup üzrə imtahanlarda iştirak edib.

Ucnoqta.az xəbər verir ki, təhsil eksperti Əmrah Həsənli Modern.az-a açıqlamasında deyib ki, bu il IV ixtisas qrupunda iki nəfərin maksimum nəticə – yəni 700 bal toplaması tibb sahəsinə olan marağın nə qədər yüksək və rəqabətin nə qədər kəskin olduğunu göstərir.

“Tibb ixtisası hər zaman gənclər arasında ən çox arzu olunan sahələrdən biri olub. Amma builki nəticə artıq bu marağın sadəcə istək yox, real göstəricilərlə də gücləndiyini ortaya qoyur. Yüksək ballı abituriyentlərin bu sahəyə yönəlməsi keçid ballarının daha da artmasına səbəb olacaq. Bu səbəbdən IV ixtisas qrupu üzrə tibb, əczaçılıq və stomatologiya ixtisaslarında əvvəlki illərlə müqayisədə daha yüksək keçid balları gözlənilir”.

O qeyd edib ki, I ixtisas qrupu üzrə isə nəticələr daha balanslı görünür.

“Bu sahə üzrə riyaziyyat və fizika biliklərinin əsas olduğunu nəzərə alsaq, abituriyentlərin son illərdə bu fənlərə xüsusi önəm verməsi nəticələrin müsbət istiqamətdə dəyişməsinə təsir edib. Eyni zamanda müasir texnologiyalarla əlaqəli sahələrə olan maraq da artmaqdadır. Artıq abituriyentlər mühəndisliklə yanaşı süni intellekt, proqramlaşdırma, informasiya texnologiyaları, avtomatika və kibertəhlükəsizlik kimi ixtisaslara ciddi şəkildə yönəlirlər. Bu sahələr əmək bazarında yüksək tələbatlı və perspektivli olduğu üçün gənclər həm şəxsi maraq, həm də gələcək karyera baxımından bu istiqamətləri daha üstün tutur. Ona görə də bu ixtisaslarda da keçid ballarında artım mümkündür və burada da ciddi rəqabət yaşanacağı gözlənilir”.

Təhsil eksperti vurğulayıb ki, ixtisas seçiminin necə formalaşacağı məsələsinə gəlincə, artıq illərin təcrübəsi göstərir ki, gənclərin seçimlərinə həm topladıqları bal, həm də əmək bazarındakı vəziyyət, valideyn yönləndirməsi və şəxsi motivasiyalar təsir edir:

“IV qrup üzrə tibb sahələri bu il də lider mövqeyində olacaq. Bu istiqamətdə həm rəqabət yüksəkdir, həm də abituriyentlər bu sahəyə daha sistemli yanaşır. İxtisasların prestiji, sabit iş imkanları və sosial statusu da bu marağı daha da artırır. Amma qeyd etmək lazımdır ki, yalnız yüksək bal toplamaq kifayət deyil – tibb təhsili çətin və məsuliyyətlidir, bu sahədə davamlı uğur üçün çağırışlara hazır olmaq vacibdir”.

Ə.Həsənli əlavə edib ki, I qrup üzrə abituriyentlərin əsas seçimi yenə də kompüter mühəndisliyi, proqram təminatı, süni intellekt, informasiya təhlükəsizliyi və avtomatika kimi müasir texnologiyalarla bağlı sahələr olacaq.

“Bu ixtisasların reytinqi təkcə Azərbaycanda deyil, qlobal səviyyədə də yüksəlməkdədir. Bu səbəbdən də I qrup daxilində bu sahələrdə seçilən universitetlərdə və ixtisaslarda ciddi sıxlıq, yəni yüksək rəqabət olacaq”.

Müsahibimiz onu da qeyd edib ki, II və III ixtisas qruplarına gəlincə, orada da bəlli tendensiyalar müşahidə olunur:

“II qrupda iqtisadiyyat, maliyyə, idarəetmə və mühasibatlıq kimi sahələrə maraq stabildir. III qrupda isə hüquqşünaslıq yenə ən çox seçilən ixtisas olacaq. Bununla yanaşı, müəllimlik və sosial elmlərə maraqda nisbi azalma müşahidə oluna bilər. Əvvəlki illərdə bu sahələri sadəcə “alternativ” olaraq seçənlərin sayı bu il daha ehtiyatlı qərar verə bilər”.

O həmçinin diqqətə çatdırıb ki, yekun olaraq 2025-ci ilin ixtisas seçimi mərhələsi strateji baxımdan həssas dövrdür:

“Bu mərhələdə gənclərin yalnız yüksək bal toplamasına deyil, eyni zamanda həmin balı öz bacarıqlarına, maraqlarına və əmək bazarının real ehtiyaclarına uyğun istiqamətlə yönəltməsinə diqqət yetirilməlidir. Uğur yalnız balda deyil – düzgün qərar, məqsədyönlü seçim və ardıcıl inkişafda gizlidir”,- deyə Ə.Həsənli bildirib.

0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Sahilboyu əraziləri çirkləndirən 14 nəfər cərimələnib
Sonrakı yazı
Bakıda ağaclar qanunsuz kəsdilər –

Digər yazılar

“Unibank”da kütləvi ixtisar – 150 nəfər …

04.08.2026 / 16:47

Bu vəzifəli şəxslərə kompensasiya ödəniləcək

04.08.2026 / 15:03

Müəllim seçiminə start verilib – 5 mindən çox …

04.08.2026 / 12:01

Ali məktəblərə ixtisas seçiminin tarixi açıqlandı

04.08.2026 / 11:47

Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul edib

04.08.2026 / 09:52

Bakı Qızlar Universitetinin tələbələri özəl ali məktəblərə köçürüləcək

03.08.2026 / 17:22

MİQ imtahanı verən müəllimlərin nəzərinə: Avqustun 5-i…

03.08.2026 / 16:27

Ötən ay 22 nəfəri gün vurub – 7 nəfər ölüb

03.08.2026 / 12:32

Bakıda küçələrdən birinə Xalq yazıçısı Elçinin adı verildi

03.08.2026 / 11:39

XƏBƏR LENTİ

  • Çiyin zədələri təkcə idmançılarda olmur -Mütəxəssisdən xəbərdarlıq

    05.08.2026 / 06:05
  • ABŞ hərbçilərinin itkiləri: 18 ölü, 687 yaralı

    05.08.2026 / 00:47
  • Argentinada tətil: 45-dən çox taxıl gəmisi limanı tərk edə bilmir

    05.08.2026 / 00:44
  • Avstriyada yeni temperatur rekordu qeydə alınıb

    05.08.2026 / 00:04
  • Britaniyada həbsxana böhranı: erkən azadlıqlar davam edəcək

    05.08.2026 / 00:02
  • Dolçalar plan dəyişikliyi, Qızlar münaqişələrə son – Ulduz falı

    05.08.2026 / 00:00
  • Tramp və Qətər əmiri ABŞ-İran gərginliyini müzakirə edib

    04.08.2026 / 22:55
  • Füzulidə güclü yanğın başlayıb

    04.08.2026 / 22:14
  • Səudiyyə Ərəbistanı husilərlə danışıqlar aparır

    04.08.2026 / 19:18
  • Naxçıvanda “VAZ-2107” “KamAZ”la toqquşub

    04.08.2026 / 19:13
  • 11 aptekdə nöqsanlar aşkarlanıb

    04.08.2026 / 17:59
  • Bu kollecin dövlətə 10 min manat vergi borcu var

    04.08.2026 / 17:12
  • Sabah çimərliklərdə hava necə olacaq?

    04.08.2026 / 17:07
  • Usta iş yerində öldü

    04.08.2026 / 16:58
  • “Unibank”da kütləvi ixtisar – 150 nəfər …

    04.08.2026 / 16:47
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ

Həmçinin oxuyunx

“Unibank”da kütləvi ixtisar – 150 nəfər …

04.08.2026 / 16:47

Bu vəzifəli şəxslərə kompensasiya ödəniləcək

04.08.2026 / 15:03

Müəllim seçiminə start verilib – 5 mindən çox …

04.08.2026 / 12:01

Ali məktəblərə ixtisas seçiminin tarixi açıqlandı

04.08.2026 / 11:47

Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul edib

04.08.2026 / 09:52