Cümə axşamı, Oktyabr 29 2026 - Bakı, Azərbaycan
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRCƏMİYYƏTMayın 11-də imtahan var
CƏMİYYƏT

Mayın 11-də imtahan var

tərəfindən redaktor 06.05.2025 / 11:11
06.05.2025 / 11:11
A+A-
Sıfırla
24

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.

DİM-dən Ucnoqta.az-a verilən məlumata görə, imtahanlar 13 şəhər və rayonda təşkil olunur və 7 min 282 nəfərin iştirakı nəzərdə tutulur.

Həmin gün aşağıdakı şəxslər üçün imtahan keçiriləcək:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.

İmtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər. 

İmtahanlar saat 10:00-da başlanır. 

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanlarda 7 min 282 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda 27 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Ümumilikdə imtahanların idarə olunmasına 34 ümumi imtahan rəhbəri, 92 imtahan rəhbəri, 700 nəzarətçi, 96 buraxılış rejimi əməkdaşı və 34 bina nümayəndəsi ayrılıb.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə,  Göyçay, Quba rayonlarında və Naxçıvan MR-də təşkil olunur.

Paylaş 0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Azərbaycanda un neçəyədir? –
Sonrakı yazı
Azərbaycanda yeni nazir

Digər yazılar

Məktəbdəki insidentdə iştirak edənlərin hamısı şagirdlər olub – AÇIQLAMA

29.10.2026 / 13:10

“Referans Pharmaceuticals” cərimələndi

29.10.2026 / 10:49

Maqnit qasırğalaraı – Üç günlük proqnoz

29.10.2026 / 07:17

Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb

28.10.2026 / 14:56

Şagirdin ölümü ilə bağlı araşdırma başlayıb

28.10.2026 / 13:18

Telefondan istifadə edən sürücülər necə cərimələnəcək? – DETALLAR

28.10.2026 / 10:40

Sahib Rzayev Penitensiar xidmətə rəis təyin edildi – SƏRƏNCAM

27.10.2026 / 13:13

Leyla Əliyeva “Capybara Azerbaijan” fermasında olub – FOTO

26.10.2026 / 23:11

İranda Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur – Nazirlik

26.10.2026 / 11:12

XƏBƏR LENTİ

  • Yaponiya 2035-ci ilədək zərbə sualtı dronlar hazırlayacaq

    29.10.2026 / 14:13
  • Əli Əsədov Gürcüstana səfər edəcək

    29.10.2026 / 14:09
  • Jurnalistlərə qarşı fiziki təzyiq qəbuledilməzdir – Mətbuat Şurası

    29.10.2026 / 13:31
  • Məktəbdəki insidentdə iştirak edənlərin hamısı şagirdlər olub – AÇIQLAMA

    29.10.2026 / 13:10
  • Hacı Vəliyevin cəzası azaldıldı

    29.10.2026 / 13:06
  • Sabahın havası açıqlanıb

    29.10.2026 / 12:46
  • AQC-də yeni kadr təyinatları olub

    29.10.2026 / 12:39
  • Jurnalistləri döyən şəxslərdən biri boksçu imiş – FOTO

    29.10.2026 / 12:33
  • Ceyhun Bayramov Hakan Fidanla görüşdü

    29.10.2026 / 12:27
  • Ermənistanda yeni Konstitusiyanın mətni noyabrda açıqlanacaq

    29.10.2026 / 12:19
  • Azərbaycan XİN Türkiyəni təbrik edib

    29.10.2026 / 12:14
  • UEFA Finlandiya Futbol Assosiasiyasını cərimələdi

    29.10.2026 / 11:42
  • “Volkswagen” üçüncü rübdə 5,8 milyard avro zərər edib

    29.10.2026 / 11:41
  • İlham Əliyev Ərdoğanı təbrik etdi

    29.10.2026 / 11:37
  • İki marşrut avtobusu yenilənir

    29.10.2026 / 11:21
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə

Həmçinin oxuyunx

Məktəbdəki insidentdə iştirak edənlərin hamısı şagirdlər olub – AÇIQLAMA

29.10.2026 / 13:10

“Referans Pharmaceuticals” cərimələndi

29.10.2026 / 10:49

Maqnit qasırğalaraı – Üç günlük proqnoz

29.10.2026 / 07:17

Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb

28.10.2026 / 14:56

Şagirdin ölümü ilə bağlı araşdırma başlayıb

28.10.2026 / 13:18