Çərşənbə axşamı, Avqust 11 2026 - Bakı, Azərbaycan
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRMEDİAMEDİA bəyanat yayıb
MEDİA

MEDİA bəyanat yayıb

tərəfindən redaktor 03.08.2023 / 12:06
03.08.2023 / 12:06
A+A-
Sıfırla
1

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Şuşada keçirilmiş “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun iştirakçılarına qarşı sosial şəbəkələrdə aparılan təhdid kampaniyası ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“İyulun 21-23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilmiş, dünyanın 49 ölkəsindən 150 xarici qonağın, o cümlədən 34 ölkənin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat, media qurumu rəhbərlərinin, yüksək səviyyəli media ekspertlərinin və jurnalistlərin iştirak etdikləri “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Media Forumu gələcəyə yönəlik ciddi, peşəkar mesajları ilə beynəlxalq ictimai rəydə mühüm əhəmiyyət kəsb edən tarixi hadisə kimi xarakterizə olunmaqdadır”.

Həmçinin bildirilir ki, Forumun keçirilməsində məqsəd az qala işıq sürəti ilə yeniləşən, texnoloji innovasiyalara şahidlik edən dünyamızda insanlara ictimai əhəmiyyətli xəbərlər verən jurnalistikanın gələcək inkişaf istiqamətlərini müzakirə etmək olub. Forumda rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və bu kontekstdə medianın rolu barədə ətraflı müzakirələr aparılıb, ənənəvi medianın bugünkü rolu, gələcəyi, yeni tendensiyalar fonunda jurnalistikada yaranan çətinliklər və aktuallaşan yeni istiqamətlər, eləcə də bu sahədə rəqəmsal alətlərin tətbiqinin yaratdığı nəticələr diqqət mərkəzində olub.

“Lakin təəssüflər olsun ki, “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun mahiyyətini bilərəkdən siyasiləşdirməyə çalışan Ermənistan hökuməti və ona yaxın dairələr öz məhdud merkantil maraqlarından çıxış edərək bu mötəbər tədbirdə iştirak etmiş yüksək səviyyəli ekspertlər, beynəlxalq ictimai rəydə nüfuza malik olan jurnalistlər haqqında sosial şəbəkələrdə qarayaxma və nifrət kampaniyası aparır, onların reputasiyasına kölgə salmağa cəhd edərək media etikası ilə heç bir halda uyuşmayan mövqe sərgiləyirlər. Biz Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi olaraq Azərbaycan jurnalistləri adından belə qarayaxma kampaniyasını pisləyir, bunu azad sözə və jurnalistikaya qarşı terror kimi qiymətləndirir, peşəkar prinsipləri rəhbər tutaraq keçirilmiş və yalnız müasir medianın problemlərinə, inkişaf perspektivlərinə həsr olunmuş forumun nifrət nitqinə alət edilməsinin yolverilməz olduğunu bəyan edirik”, – deyə bəyanatda qeyd olunur.

Paylaş 0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Hindistan noutbuk, kompüter və planşet idxalını məhdudlaşdırır
Sonrakı yazı
BMT-nin Ermənistandakı nümayəndəliyi Azərbaycanla sərhədə gəlir

Digər yazılar

Media və Yayım Şurası yaradılıb

07.08.2026 / 13:20

Media nümayəndələri üçün təlimlərə başlanılıb

30.07.2026 / 14:16

Bu saytlara məhdudiyyət qoyulacaq

30.07.2026 / 13:10

MEDİA bəyanat yaydı: “Səhər” telekanalı və “Mehr” xəbər agentliyi …

27.07.2026 / 16:25

Bloqqerlər və BİZ !

23.07.2026 / 16:28

Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib – FOTO

22.07.2026 / 16:41

Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir – Hikmət Hacıyev

22.07.2026 / 11:53

Azərbaycan Milli Mətbuatı – 151 il

22.07.2026 / 00:03

Jurnalist olmaq istəyənlərin nəzərinə

21.07.2026 / 15:23

XƏBƏR LENTİ

  • “Sabah”  Danimarka çempionunu darmadağın etdi

    11.08.2026 / 21:53
  • Prezident Naxçıvan Sənaye Parkının təməlini qoydu – FOTO

    11.08.2026 / 20:16
  • Prezident Naxçıvanda Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olub – FOTO

    11.08.2026 / 19:54
  • İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Naxçıvandakı abidəsini ziyarət edib

    11.08.2026 / 19:47
  • İlham Əliyev Naxçıvanda səfərdədir

    11.08.2026 / 19:42
  • Husilər Tihama gəmisinə yenidən hücum edib

    11.08.2026 / 19:03
  • Hərracda 26 avtomobil satılıb

    11.08.2026 / 18:58
  • Lənkəranda itkin düşən 2 nəfərin meyiti tapıldı

    11.08.2026 / 18:14
  • Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

    11.08.2026 / 17:16
  • Bakıda soyğunçuluq edən şəxs saxlanıldı

    11.08.2026 / 17:03
  • Kolumbiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 224-ə çatıb

    11.08.2026 / 16:43
  • General polkovnikə yeni vəzifə verdi

    11.08.2026 / 16:38
  • Aliment borcunu verməyən 1278 şəxs həbs olunub

    11.08.2026 / 16:34
  • Suriya Kolumbiyanın Qolan yüksəklikləri ilə bağlı qərarını pisləyib

    11.08.2026 / 16:16
  • Yəmən sahillərində yük gəmisinə hücum edilib

    11.08.2026 / 16:14
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə

Həmçinin oxuyunx

Media və Yayım Şurası yaradılıb

07.08.2026 / 13:20

Media nümayəndələri üçün təlimlərə başlanılıb

30.07.2026 / 14:16

Bu saytlara məhdudiyyət qoyulacaq

30.07.2026 / 13:10

MEDİA bəyanat yaydı: “Səhər” telekanalı və “Mehr” xəbər agentliyi …

27.07.2026 / 16:25

Bloqqerlər və BİZ !

23.07.2026 / 16:28