1
Artıq bir müddətdir ki, “Laçın” sərhəd buraxılış məntəqəsində erməni təxribatı davam edir. Belə ki, "humanitar yük" adı altında onlarla yük avtomobili Azərbaycanla sərhəddə dayanıb.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu dəfə erməni tərəfi BMT-nin Ermənistandakı nümayəndəliyinin və agentliklərinin nümayəndələrini sərhədə gətirəcəklər.
Belə ki, nümayəndələr "humanitar yardım" karvanının dayandığı sərhəd Kornidzorda olacaq.
