1
General Vitali Balasanyan həbsdə qalacaq.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkili Rafael Martirosyan deyib. Müdafiə tərəfinin Balasanyanın səhhətinə görə azadlığa buraxılması ilə bağlı vəsatəti rədd edilib. Vəkil onu da bildirib ki, müvəkkilinin bədənində çoxsaylı qançırlar aşkarlanıb.
Eyni zamanda bir gün əvvəl generalla birgə saxlanılan oğlu və qardaşı oğlu da sərbəst buraxılıb.
