6
Xəbər verdiyimiz kimi, Xəzər dənizində zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, yeraltı təkanlar baş verərkən əksər insanların mobil telefonuna zəlzələ barədə bildiriş gəlib. Bir çox insanlar isə SMS bildiriş almayıb.
Texnobloger Fərid Pərdəşünas bildirir ki, Andorid cihazları istifadə edənlər zəlzələ bildirişlərini almaq üçün aşağıdakı ardıcıllığı etməlidir:
"sazlamalar (parametrlər)” >>> "təhlükəsizlik və fövqalədə hal” >>> "zəlzələ bildirişləri” >>> "aktiv edin”
4,5 bal üzəri olan zəlzələlərdə bildiriş saniyələr öncə gəlməlidir.
Andorid istifadəçiləri zəlzələ bildirişi alsalar da, iPhone bu funksiyanı Azərbaycanda dəstəkləmədiyi üçün bu smartfon istifadəçiləri bildiriş almayacaq.
