Rusiyada payızda taksi qiymətləri arta bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “İzvestiya” yazır.
Məlumata görə, sentyabr ayından taksi aqreqatorları ilə bağlı qaydalara dəyişiklik edilməsi planlaşdırılır, buna əsasən, taksi sifarişi xidmətlərinə görə, sifarişlərin rəsmi lisenziyası olmayan sürücülərə ötürülməsinə görə cərimələr nəzərdə tutulur. Beləliklə, fiziki şəxslər üçün cərimə üç min rubla qədər, hüquqi şəxslər üçün isə 200 minə qədər olacaq.
Ekspertlər bazarın əhəmiyyətli dərəcədə daralma təhlükəsi ilə üz-üzə qaldığını, belə ki, hazırda hər beş taksi sürücüsündən yalnız birinin sərnişindaşıma vəsiqəsinin olduğunu deyirlər. "My Autoprokat"ın baş direktoru Dmitri Matveev gediş qiymətinin ən azı iki dəfə, nəqliyyat üzrə müstəqil ekspert Aleksey Tuzov qiymətlərin beş dəfə arta biləcəyinə proqnozlaşdırıb.
