"Twitter"in rəhbəri, iş adamı İlon Mask "Twitter"in qarşıdan gələn yeni xüsusiyyətləri ilə bağlı təfərrüatları açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
"Tezliklə platformadakı hər kəs üçün audio və video zənglər etmək imkanı olacaq ki, siz dünyada istənilən şəxslə telefon nömrənizi vermədən danışa biləsiniz" – Mask deyib.
Bundan əlavə, mayın 10-dan etibarən istifadəçilər şəxsi mesajları şifrələyə biləcəklər. Şifrələmənin Twitter daxilindəki zəngləri əhatə edib-etməyəcəyi hələ məlum deyil.
Həmçinin, platforma sahiblərinin bir neçə ildir istifadə etmədiyi arxivlənmiş səhifələri tezliklə təmizləməyə başlayacaq. Twitter qaydalarına görə, istifadəçi ən azı otuz gündə bir dəfə öz hesabına daxil olmalıdır, əks halda o, qeyri-aktiv hesab oluna və silinəcək.
