ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu, prezidentliyə namizəd kiçik Robert Kennedinin verdiyi müsahibədə əmisinin qətlində Mərkəzi Kəşfiyyat İdarəsinin əli olduğuna dair sübutlar olduğunu deyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə The New York Post məlumat yayıb.
“Onun (Con Kennedinin) qətlində MKİ-nin əli olduğuna dair təkzibolunmaz sübutlar var. Düşünürəm ki, bu, indiki məqamda ağlabatan şübhələrdən kənardadır”, – Kennedi bildirib.
Onun sözlərinə görə, bu cinayətin kəşfiyyat tərəfindən ört-basdır edilməsinə dair sübutlar da var.
69 yaşlı Robert Kennedi Jr. tanınmış amerikalı hüquqşünas, ekoloji fəal, yazıçı və ictimai fəaldır. O, ABŞ senatoru və baş prokuroru Robert Kennedinin 11 övladından biridir və ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur.
