1
Mayın 8-dən etibarən “Neftçilər” metrostansiyası – Yeni Günəşli qəsəbəsini əlaqələndirən 50 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Qeyd edilib ki, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.
