0
Ermənistanda Vardenis rayonundakı psixiatriya xəstəxanasının direktoru saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, xəstələrdən biri direktorun donuz fermasında işləyirmiş. Digəri isə pansionatın palatasında radiatordan metal zəncirlə zəncirlənmiş halda tapılıb.
Xəstələrin bəziləri xəstəxana işçilərinin yerinə işi görüblər.
Qeyd edilir ki, xəstəxananın direktoru uzun müddət hakim partiyadan olan deputat Vilen Qabrielyanın himayəsi altında olub.
