1
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun kapitanı 32 yaşlı Saleh Qurbanov dəfn edilib.
Şəhid Giləzi qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
***10:14
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun kapitanı 32 yaşlı Saleh Qurbanovun nəşi doğulduğu Xızı rayonu Giləzi qəsəbəsində yaşayan ailəsinə təhvil verilib.
Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, hazırda şəhidlə vida mərasimi keçirilir.
Vida mərasimindən sonra şəhid Giləzi qəsəbə qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, şəhid S.Qurbanov ailəli olub, bir övladı var.
