0
Azərbaycanda internetin qiymətləri nisbətən bahadır. Bakı və Abşeron zonasında operatorlar müəyyən qədər çox olduğu üçün rəqabət müşahidə olunur.
Ucnoqta.az Bakı.vs-ə istinadən xəbər verir ki, bəzi provayderlərin qiymətlərində enişlər olsa da ümumilikdə qiymət tariflərində enişlərin olacağı maraqla gözlənilir.
Bu məsələyə Bakı Telefon Rabitəsi MMC-nin baş direktorunun müşaviri Şükür Məmmədov münasibət bildirib. Qurum rəsmisi ARB-24-də yayımlanan "İş vaxtı" verilişində deyib ki, məhsulun satış qiymətini onun maya dəyəri müəyyənləşdirir:
"Maya dəyərinin aşağı salınması istiqamətində çox ciddi işlər gedir".
