0
Qarabağda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, cəsədin qalıqları işğaldan azad olunmuş Füzuli şəhəri ərazisində aşkarlanaraq qarşı tərəfə təhvil verilib. Cəsədin şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə ekspertizası təyin edilib.
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixindən bu günə qədər aparılan axtarış tədbirləri nəticəsində 1702 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılıb.
