0
İndi Azərbaycanda pandemiya nəzarət altındadır.
Bunu Prezident İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Peyvəndlənmə səviyyəsi kifayət qədər yüksəkdir. Əhalimiz bu prosesə çox məsuliyyətlə yanaşır. Azərbaycan peyvəndləmənin vacibliyini anlayır və bu bizim işimizi xeyli səviyyədə asanlaşdırır".
