0
Türkiyədən Azərbaycana gələn təyyarədə sərnişinlər həyəcanlı anlar yaşayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb. Belə ki, təyyarənin hava boşluğuna düşməsi səbəbindən silkələnmə baş verib. Bunun nəticəsində bəzi sərnişinlər qorxuya düşüb. Sərnişinlərin yeməkləri dağılıb, stüardessa onları sakit olmağa çağırıb.
Bu görüntüləri sərnişinlərdən biri telefonla videoya çəkib.
