0
Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan, tezliklə, yeni vəzifəyə təyin olunacaq.
Axar.az xəbər verir ki, bu məlumatı “İravunk” qəzeti yayıb. Məlumata görə, o Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı əvəzləyəcək.
Qəzet Arutyunyanın bu vəzifəyə gəlməsini İrəvandan rusların tələb etdiyini yazıb. Arutyunyanın yerinə müdafiə naziri vəzifəsinə Samvel Babayanın gətiriləcəyi vurğulanıb.
