CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 20-də 36,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,14 dollar/barel çoxdur.
Bu barədə  ölkənin neft-qaz bazarındakı mənbə bildirib. 
                       
                                             
                            
                            
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 35,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,17 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 35,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,43 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 34,14 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,44 dollar/barel çoxdur./trend
