Sumqayıtda mikroavtobus “KamAZ”la toqquşdu- 6 nəfər yaralandı

19:21 - 23 Mart 2020 - HADİSƏ

Sumqayıtda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Qəza şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, Bakı-Sumqayıt istiqamətində sərnişin daşıyan “Ford” markalı mikroavtobus “KamAZ” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Dərhal əraziyə Sumqayıt şəhər Təcili Tibbi Yardım biriqadası çağrılıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəzaya yüksək sürətin və sürücü məsuliyyətsizliyin səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.///oxu.az

Xəbər xətti