Tovuzda məktəbli dərs vaxtı sinif yoldaşı tərəfindən bıçaqlanıb

22:30 - 21 Fevral 2020 - HADİSƏ

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Dönük Qırıxlı kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 10-cu sinif şagirdi 2003-cü il təvəllüldü Qarayev Rəvan Pərviz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdilib. Məktəbli dərhal əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Q.Rəvanın valideynləri bildiriblər ki, onların övladını məktəb yoldaşı dərs vaxtı bıçaqlayıb.
Hadisə ilə bağlı araşdırma başlanıb./Apa

Xəbər xətti