Tərtər sakinlərindən silah götürülüb

10:55 - 18 Sentyabr 2019 - HADİSƏ

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qapanlı kənd sakinləri Eldar Məmmədovdan və Rahim Hümbətovun yaşadıqları evlərə baxış zamanı hər birindən 1 ədəd müvafiq sənədləri olmayan 16 kalibrli “İJ” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti