Bakıda yanğın- paytaxtın bir hissəsi işıqsız qaldı - VİDEO- (Yenilənib)

Xətai rayonunda yanğın səbəbindən elektrik enerjisinin verilməsində yaranmış problem aradan qaldırılıb.

Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. O bildirib ki, yanğınla əlaqədar elektrik enerjisinin verilişi dayandırılmışdı: “Ərazidə baş verən yanğın elektrik kabellərinə ziyan vurub. Təhlükəsizlik məqsədilə elektrik enerjisinin verilişi dayandırılmışdı.

Artıq yanğın söndürülüb. Xətai rayonunda elektrik enerjisinin verilişi tam şəkildə bərpa edilib. Heç bir problem yoxdur”.


***16:56

 

Bu gün təxminən 15:00 radələrində Bakının Xətai rayonu işıqsız qalıb. 

Hadisəyə səbəb quru otun yandırılması olub. Nəticədə bir neçə elektrik kabeli yanıb. Hadisə zamanı baş verən yüngül partlayış insanları təşvişə salıb.

Hadisə şahidlərinin sözlərinə görə, quru otu uşaqlar yandırıb. Yanğın nəticəsində Gəncə prospektindəki bir neçə məhəllə işıqsız qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və “Azərişıq” ASC-nin əməkdaşları cəlb olunub. Elektrik enerjisinin bərpa olunacağı vaxt məlum deyil./oxu.az

Tarix
14 Sentyabr 2019 [20:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-14 20:21:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin