Bakıda güclü külək şüşəni avtomobilin üzərinə düşürdü, xəsarət alan var- FOTO

08:27 - 13 İyul 2019 - HADİSƏ

Səbail rayonunda güclü külək zamanı iri şüşə parçası binadan avtomobilin üzərinə düşüb.

Gecə saatlarında Cəfərov Ağakərim Rafiqoğlu idarə etdiyi “Nissan” markalı avtomobillə Nizami küçəsində hərəkətdə olub. Güclü külək nəticəsində yaxınlıqdakı oteldən iri şüşə avtomobilin banına çırpılıb. Sürücü idarə etməni itirərək nəqliyyat vasitəsini səkiyə çırpıb.

A.Cəfərov xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Avtomobil isə yararsız hala düşüb.
Fakt araşdırılır./Apa


Xəbər xətti