Metronun "Xətai" stansiyasının açılacağı vaxt məlum olub

Ötən ilin sentyabrın 27-də təmirə bağlanmış Bakı Metropoliteninin "Xətai" stansiyasının açılacağı vaxt müəyyənləşib. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Ucnoqta.az xəbər verir ki, bu barədə ONA-nın sorğusuna verdiyi məlumata görə, stansiyada təmir işləri avqust ayında başa çatacaq.

B.Məmmədovun sözlərinə görə, stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator sökülüb, əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılır. Eskalatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görülür. 

Qurum rəsmisi əlavə edib ki, "Xətai" stansiyasında eskalatorların yenilənməsi ilə yanaşı, vestibülün əsaslı təmiri də aparılır və stansiyanın memarlıq kompozisiyası yaradılır: “Həmçinin stansiyanın istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənir, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunur. Bunlarla yanaşı, "Xətai" stansiyasının 2-ci baş yolunun və "Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da avqusta qədər başa çatdırılacaq”.

Tarix
23 Aprel 2019 [12:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-23 12:17:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin