Ana səhifə
14 Noyabr 2018

BATE-nin hücumçusu: "Qarşıya qoyulan vəzifəni yerinə yetirdik"

"Lazım olan nəticəni qazandığmız və mərhələni keçdiyimiz üçün çox şadıq. Azərbaycan klubu ilə hər iki qarşılaşma çətin alındı. Harda yaxşı, harda pis oynadıq, artıq bunların önəmi yoxdur. Əsas odur ki, qarşıya qoyulan vəzifəni yerinə yetirdik. Bu münasibətlə bütün BATE azarkeşlərini təbrik edirəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri BATE-nin hücumçusu Nikolay Siqneviç klubun rəsmi saytına açıqlamasında deyib. Dünən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la keçirdikləri cavab oyunu (1:1) barədə danışan futbolçu rəqibin daha üstün oynadığını etiraf edib:

“Qonaqlar oyun ərzində gözlədiyimiz kimi davrandılar. Topa daha çox nəzarət etməyə çalışırdılar və buna da nail oldular. Ancaq yüz faizlik epizodlar baxımından bərabərlik müşahidə edildi. Razıyam, rəqibin cərimə meydançamıza yaxın oynaması ciddi gərginliyə, əsəbiliyə səbəb olurdu. Buna baxmayaraq, hücumları elə də kəsərli alınmırdı”.

İki oyunun nəticəsinə görə “Qarabağ”ı mübarizədən kənarlaşdıran BATE pley-off mərhələsində Hollandiya çempionu PSV ilə qarşılaşacaq. Siqneviç həmin matçla bağlı isə bunları deyib: “İndi isə Hollandiya PSV-si ilə maraqlı qarşılaşmaya hazırlaşırıq. Artıq avrokubok payızını özümüz üçün təmin etmişik. Ancaq həmişə daha artığını istəyirsən”.

Tarix
15 Avqust 2018 [15:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin