Kubada ictimai yerlərdə Fidel Kastronun adından istifadə qadağan edilib

11:38 - 28 Dekabr 2016 - Xəbər

Kuba parlamenti ictimai yerlərdə inqilab lideri Fidel Kastronun adından və şəkilindən istifadəni qadağan edən qanunu təsdiq edib. "Report" xəbər verir ki, bu barədə EFE məlumat yayıb.

Qanun Fidel Kastronun ad və şəkilindən meydan, park, küçə, prospekt, istənilən növ mükafat və fəxri titullarda istifadəsini qadağan edir.

Bununla yanaşı, abidələrin tikintisində Fidel Kastro obrazından istifadə etmək qadağandır. Parlamentarilər bu addımın şəxsiyyətə pərəstişin qarşısını almaq üçün atıldığını bildiriblər.

Xəbər xətti