İtaliya çempionatının oyunu yağış səbəbindən təxirə salınıb

00:00 - 24 Sentyabr 2024 - İDMAN

Futbol üzrə İtaliya çempionatının beşinci turunun “Atalanta” – “Komo” matçı hava şəraitinə görə təxirə salınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Görüş "Atalanta"nın Berqamodakı ev stadionunda baş tutmalı idi.
Qarşılaşma nümayəndələri əvvəlcə matçın başlamasını bir saat gecikdirib, daha sonra yağışın səbəb olduğu meydançanın pis vəziyyətdə olması səbəbindən oyunu ləğv etmək qərarına gəliblər. Qarşılaşma sentyabrın 24-nə təxirə salınıb

Xəbər xətti