Sabiq prezident korrupsiyada ittiham olunur

10:00 - 28 Dekabr 2016 - Xəbər

Argentinanın sabiq prezidenti Kristina Fernandes de Kirşnerə qarşı korrupsiyaya dair iş üzrə rəsmi ittiham irəli sürülüb. "BBC" xəbər verir ki, ittihama görə, onun rəhbərliyi dövründə hökumət prezidentin ailəsinə yaxın iş adamları ilə dövlət müqavilələri bağlayıb.

K.Fernandes bundan əvvəl günahsız olduğunu bildirib və ona qarşı yönələn ittihamların siyasi xarakter daşıdığına israr edib. Kristina Fernandes hazırkı prezident Maurisio Makrini ona qarşı iş birliyində ittiham edib.

Xəbər xətti