Sabah İsmayıllının bəzi yaşayış məntəqələrində qaz olmayacaq

16:31 - 27 Dekabr 2016 - Xəbər

Dekabrın 28-də saat 10:00-dan 15:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Kürdmaşı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
SOCAR-dan verilən məlumata görə, təmir müddətində İsmayıllı rayonunun Kürdmaşı, Hacıtamlı, Hapıttı, Qarakolluq, Aşıq Bayram, Mollaisaxlı və Uştal kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Xəbər xətti