Magistral qaz kəmərində baş verən yanğın tam söndürülüb

16:22 - 27 Dekabr 2016 - Xəbər

 Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş verən yanğın tam söndürülüb.
"Report"un xəbərinə görə, bu gün səhər saatlarında başlayan yanğının qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əraziyə cəlb edilən 6 texnikası və canlı qüvvənin köməkliyi ilə yanğın tam məhdudlaşıdırılıb.
Qeyd edək ki, SOCAR-dan verilən məlumata görə yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılıb, xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb.

Xəbər xətti