"Azərsu" bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

16:13 - 27 Dekabr 2016 - Xəbər

“Azərsu” ASC Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramlarında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bunu “Report”a açıqlamasında “Azərsu”nun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.
Onun sözlərinə görə, ASC-də növbətçilik rejimi tətbiq edilib: “Bayram günlərində ASC-nin sədr müavinləri, departament müdirləri və şöbə rəisləri səviyyəsində 24 saatlıq iş rejimi olacaq. Heç bir planlı fasilə olmayacaq”.

“Eyni zamanda, növbətçilik zamanı baş idarə, rayon su kanal idarələri, qəza briqadamız və zəng mərkəzimiz 24 saat əhalinin xidmətində olacaq. Su ilə bağlı hər hansı bir problem olduğu halda əhalidən “Azərsu”ya məlumat vermələri xahiş olunur” - A.Cəbrayıllı əlavə edib.

Xəbər xətti