Milli Şuranın nümayəndəsi beynəlxalq tədbirdə təmsil olunub

15:07 - 27 Dekabr 2016 - Cəmiyyət

Gənclər Təşkilatları Milli Şurasının İctimaiyyətlə Əlaqələr üzrə katibi Xədicə Damadayeva Azərbaycan nümayəndə heyəti tərkibində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən beynəlxalq tədbirdə iştirak edib. “Sodrujestva” Beynəlxalq təşkilatının gənclər sessiyasında Azəbaycanı Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, Milli Şuranın nümayəndəsi Xədicə Damadayeva, Azəbaycan Tələbə Gənclər təşkilatları İttifaqının nümayəndəsi Nurhan Babayev və MDB ölkələrinin gəncləri iştirak edib.
Tədbirin əsas məqsədi MDB məkanında və Asiya regionunda gənclərin inteqrasiya proseslərinə marağının artırılması, gənclər arasında əməkdaşlığın artırılması üçün şəraitin yaradıması və gənclərin fəallığın artırılmasıdır. 

Moskva şəhərində yerləşən “Böyük Vətən Müharibəsinin” muzeyində baş tutan tədbirin açılış mərasimində MDB ölkələrinin dövlət rəsmiləri çıxış ediblər. Tədbir zamanı müvafiq mövzular üzrə müzakirələr keçirilib. Mütəxəsislər, dövlət və ictimai xadimlərlə görüşlər keçirilib. Növbəti günlərdə Gənclər Moskva şəhərində yerləşən “Böyük Vətən Müharibəsinin” ən böyük muzeyini ziyarət ediblər. Gənclərə 1941-1945 illərdə baş verən müharibə haqqında ətraflı məlumat verilib. Tədbir çərçivəsində Rusiya Ictimai Palatasında “Sodrujestva” Beynəlxalq Gənclər Təşkilatının hesabatı dinlənilib, daha sonra növbəti il üzrə yeni fəaliyyətlər müzakirə olunub.
Xatırladaq ki, “Sodrujestvo” beynəlxalq gənclər təşkilatı gənclərin qanuni hüquqlarını və maraqlarını qorumaq, Avrasiya məkanında MDB ölkələri və digər üzv təşkilatların gəncləri arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrinin yaranmasına təşviq etmək məqsədilə yaradılıb.

Xəbər xətti