Atletlər kəndindəki evlər satışa çıxarılacaq

14:47 - 27 Dekabr 2016 - Xəbər

Bakıda 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının keçirilməsindən sonra Atletlər kəndi şirkətə qaytarılacaq.Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.Nazir bildirib ki, İslam Həmrəyliyi Oyunlarından sonra qarşıda elə də böyük idman tədbirinin keçirilməsi gözlənilmir:
“Ona görə də Atletlər kəndi şirkətə qaytarılacaq. Atletlər kəndi sahibkara qaytarıldıqdan sonra yəqin ki, o evlər satışa çıxarılacaq”.

Xəbər xətti