Ağaxan Abdullayevlə vida mərasimi keçirilir

12:27 - 26 Dekabr 2016 - Xəbər

 Suraxanı Mədəniyyət Evində məşhur xanəndə, xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi keçirilir.
"Report" xəbər verir ki, vida mərasimində mərhumun yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak edir.
Məclisdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də iştirak edəcəyi gözlənilir.
Mərhum Türkan qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, A.Abdullayev uzun sürən xəstəlikdən sonra dekabrın 25-də vəfat edib.

Xəbər xətti