Bakıda özünü yandıran 60 yaşlı kişi xəstəxanada ölüb

11:30 - 26 Dekabr 2016 - Xəbər

Bakıda özünü yandıran kişi xəstəxanada ölüb. Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 11-də rayon sakini, 60 yaşlı Xudaverdi Musayev intihar məqsədi ilə özünü yandırıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən X. Musayev ötən gün xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər xətti