Prezident İlham Əliyev və xanımı Binənin Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olublar

11:14 - 26 Dekabr 2016 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da Bakı şəhəri Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olublar.“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov küçədə görülən yenidənqurma işləri barədə dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev küçənin rəmzi açılışını bildirən lenti kəsdi.

Xəbər xətti