Prezident İlham Əliyev: "İnkişaf etmiş güclü dövlətlərdə idman da inkişaf edir"

14:21 - 23 Dekabr 2016 - Xəbər

 "İdmanın inkişafını bundan sonra da diqqət mərkəzində saxlayacağam. Azərbaycan güclü idman dövləti kimi tanınır. İdman uğurlarımız parlaqdır". "Report"un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyev MOK-da 2016-cı ilin idman yekunlarına həsr olunmuş mərasimdə deyib.
Dövlət başçısı bildirib ki, bunu son illərdə Yay Olimpiya Oyunlarında qazanılan medalların sayından da görmək olar: "İdmançılarımız beynəlxalq yarışlarda uğurlar qazanıb. 2016-cı il Azərbaycanın idman tarixində xüsus yer tutub. Biz Rio Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanmışıq. Bu oyunlarda 200-dən çox ölkə iştirak edirdi. Medalların sayına görə bu ölkələrin sırasında Azərbaycan 18-ci idi. Bu, böyük tarixi qələbədir. Bu, həm idmançılarımızın gücünü, həm də eyni zamanda dövlətimizin gücünü gəstərir. Çünki inkişaf etmiş güclü dövlətlərdə idman da inkişaf edir. Biz Avropa ölkələri arasında 7-ci yerdəyik. Dünya miqyasında medalların sayına görə 14-cü yerdəyik. MDB və postsovet məkanında 2-ci, müsəlman aləmində isə 1-ci yerdəyik. Parlaq qələbə münasibətilə idmançılarımızı, məşqçiləri, bütün idman ictimaiyyətini təbrik edirəm"

Xəbər xətti