MN: Şəxsi heyətin pul təminatı tam həcmdə çatdırılıb

13:17 - 23 Dekabr 2016 - Xəbər

MN hərbçilərin maaşının gecikməsi barədə məlumatlara münasibət bildirib


Müdafiə Nazirliyi hərbçilərin maaşlarının gecikdirilməsi ilə bağlı mətbuat da yayılan məlumatlara münasibət bildirib.Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, hərbçilərin maaşlarının gecikdirilməsi barədə bəzi saytlarda dərc olunan yazıların heç bir əsası yoxdur: “Dekabr ayı üçün Silahlı Qüvvələrin şəxsi heyətinə ödənilməsi nəzərdə tutulmuş pul təminatı tam həcmdə çatdırılıb. Hazırda bu sahədə heç bir problem mövcud deyil”. 

Xəbər xətti