İran "Airbus"la müqavilə bağladı - 100 təyyarə üçün

12:05 - 23 Dekabr 2016 - Xəbər

İranın milli "Iran Air" aviaşirkəti "Airbus" konserni ilə 100 təyyarə alınmasına dair müqavilə bağlayıb. Ucnoqta.az trend-ə istinadən xəbər verir ki, imzalanan müqavilənin dəyəri 10 milyard dollar təşkil edir.

Təyyarələrin tədarükü 2017-ci ilin əvvəlindən həyata keçiriləcək.
Ümumilikdə İran hava parkını yeniləmək məqsədilə 10 il ərzində 500 təyyarə almağı düşünür.

Xəbər xətti