“Xətai” metrosunun təmirdə olan platforması istifadəyə verilib

11:58 - 23 Dekabr 2016 - Xəbər

Bakı Metropoliteninin “Xətai” stansiyasının uzun müddət bağlı olan platforması sərnişinlərin istifadəsinə verilib. Ucnoqta.az xəbər verir ki, bu gündən etibarən həmin stansiyanın digər tuneli təmirə bağlanıb.

Qeyd edək ki, uzun müddətdir “Xətai” metrosunun bir hissəsi təmirə dayanmışdı. İndi orada əsaslı təmir işləri aparılıb və bu gündən etibarən sərnişinlər həmin tuneldən istifadə edirlər. Stansiyanın digər hissəsi isə təmirə bağlanıb.

Xəbər xətti