Rusiya və İsrail liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

11:29 - 23 Dekabr 2016 - Xəbər

Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Binyamin Netanyahu telefon söhbəti zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

İki ölkə lideri terrorçuluğa qarşı mübarizədə bundan sonra da qarşılıqlı fəaliyyət göstərməyə hazır olduqlarını bildiriblər. Telefon danışığı İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.

Xəbər xətti