“Pole Çudes” verilişinin sabahkı buraxılışı “Azərçay”a həsr ediləcək

17:05 - 22 Dekabr 2016 - Xəbər

Artıq 20 ildir ki, istehlakçılar tərəfindən yüksək qiymətləndirilən, Azərbaycanın dünyanın bir çox ölkəsində tanınan ilk milli markası olan “Azərçay” uğurlarını sıralamaqda davam edir. Avropanın 50-dən artıq hava limanında “Duty Free” mağazalarında satışı həyata keçirilən və “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyan, ölkədə və Azərbaycanın hüdudlarından kənarda keçirilən müxtəlif mühüm layihələrin təşkilində yaxından iştirak edən milli markamız bir müddət öncə Rusiyanın ən məşhur  televiziya layihələrindən olan “Pole Çudes” ilə sponsorluq barədə razılaşma əldə edib. Artıq növbəti aylarda bu verilişin buraxılışları “Azərçay”ın sponsorluğu ilə efirə gedəcək. “Pole Çudes”in növbəti buraxılışı bu il  yubileyini qeyd edən milli markamıza həsr ediləcək ki, burada həm markanın tarixi və gələcək planları, həm də Azərbaycanın mədəniyyəti və tarixi barədə geniş məlumat veriləcək. Bakı vaxtı ilə saat 20:50-də Rusiyanın 1-ci kanalında yayımlanacaq verilişdə çox maraqlı və əyləncəli məqamlara yer ayrılıb. Bütün izləyiciləri sabah efirə gedəcək “Pole Çudes” verilişini izləməyə dəvət edirik. 


Xəbər xətti