Suriyanın Əl-Bab bölgəsində şəhid olan Türkiyə hərbçilərinin sayı 16-ya çatıb

17:40 - 22 Dekabr 2016 - Xəbər

Türkiyə Silahlı Qüvvələri tərəfindən davam edən “Fırat Kalkanı” (“Fərat qalxanı”) əməliyyatının 121-ci günündə şəhid olan hərbçisinin sayı 16-ya çatıb. “Report” Haber7-yə isatinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri İşık bildirib.

Onun sözlərinə görə, əməliyyat nəticəsində Suriyada 2 min kv. km-ə yaxın ərazi terrorçulardan təmizlənib, 225 yaşayış məntəqəsi isə terrorçu İŞİD qruplaşmasından azad edilib.

Xəbər xətti